Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. |
| 2 |
| Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. |
| 3 |
| Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. |
| 4 |
| Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. |
| 5 |
| Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. |
| 6 |
| Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; |
| 7 |
| ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; |
| 8 |
| nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. |
| 9 |
| Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. |
| 10 |
| Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. |
| 11 |
| Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. |
| 12 |
| Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. |
| 13 |
| Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. |
| 14 |
| Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. |
| 15 |
| Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. |
| 16 |
| Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. |
| 17 |
| Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. |
| 18 |
| İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. |
| 19 |
| Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». |
| 20 |
| Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». |
| 21 |
| Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/romans/012.mp3
16
12