O belə dedi:«Rəbb Sina dağından gəldi,Bizə Seirdən zühur etdi,Paran dağından şəfəq saçdı,On minlərlə müqəddəs mələklər ilə gəldi.Sağ əlində yanar alov var idi.
Yerin ən qiymətli məhsulu və bolluğu ilə,Kolda məskən Salanın lütfü iləQoy bərəkət alsın!Yusifin başı üzərinə –Qardaşlarından ayrı düşənin başı üzərinəQoy bərəkət yağsın!
O, birinci doğulan buğa qədər heybətlidir,Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir.Bu buynuzlarla xalqları,Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq.Bax belədir Efrayimin on minləri,Bax budur Menaşşenin minləri».
O özü üçün ilk torpağı seçdi.Çünki onun üçün sərdarın payı saxlanıldı.Xalq rəhbərləri yığılandaRəbbin ədalətini,İsraillilərə gətirdiyi hökmləri icra etdi».
Ey İsrail! Nə bəxtiyarsan,Sənin kimisi varmı?Rəbbin qurtardığı xalqsan!Rəbb sipərdir, köməyinə çatandır,Əzəmətli qılıncındır.Sənə düşmənlər yaltaqlanır,Sən onların yuxarı yerlərini tapdalayırsan».