Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. |
| 2 |
| 3 |
| Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. |
| 4 |
| O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. |
| 5 |
| Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. |
| 6 |
| O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir. |
| 7 |
| Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum. |
| 8 |
| Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər, |
| 9 |
| qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil, |
| 10 |
| mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm. |
| 11 |
| Qadın sakitlik və tam bir tabelik içində öyrənsin; |
| 12 |
| qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun. |
| 13 |
| Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva. |
| 14 |
| Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu; |
| 15 |
| amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/1timothy/002.mp3
6
2