Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram, |
| 2 |
| Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. |
| 3 |
| Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. |
| 4 |
| Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız. |
| 5 |
| Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər». |
| 6 |
| Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. |
| 7 |
| Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır. |
| 8 |
| Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. |
| 9 |
| Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər. |
| 10 |
| Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. |
| 11 |
| Qüdrət əbədi olaraq Onun olsun! Amin. |
| 12 |
| Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın. |
| 13 |
| Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. |
| 14 |
| Bir-birinizi məhəbbətlə öpərək salamlayın.Məsihdə olan hamınıza sülh olsun! |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/1peter/005.mp3
5
5